Ona deyin ki

Ona deyin ki
Şeirlər - Hekayələr
10.09.2017 14
Zəng edim-etməyim,tərədüddəyəm,

Ürəyim istəyir,qürü qoymayır.

Başımı qələmlə qatıram hər gün,

Yazıram,pozuram,vərəq doymayır.



Bəzən də rəsmini çəkirəm onun,

Qələmlə nazını çəkə bilmirəm.

O gözəl qaməti şux qalsın deyə,

O kağız parçasın bükə bilmirəm.



Sonra düşünürəm dəli sayağı,

Sanıram, o məni görür,eşidir.

Məni eşitməsin,görməsin deyə,

Gözü-qulağını pozuram bir-bir.



Bəlkə həqiqətən dəli olmuşam?

Ağlımı başımdan alıb hisslərim.

Mən belə deyildim,ona deyin ki,

Məni nə günlərə salıb hisslərim.



ALLAH heç kimə yalnızlıq dadını dadırmasın

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!