Görə biləydim

Görə biləydim
Şeirlər - Hekayələr
10.09.2017 17

İnan taleyimin mənası sənsən,

Səni taleyimdə görə biləydim,

San mənim çiçəyim, qönçə gülümsən,

Həyatda səni xoşbəxt görə biləydim.
Açiq pəncərədən görürəm yeri,

Yayılır aləmə bənövşə ətri,

Bizə məlum deyil güllərin sirri,

Səni ag gül kimi görə biləydim.
Qəmi, kədəri ürəkdən silin,

Eşqin, məhəbbətin qədrini bilin,

Beləcə sevinin, beləcə gülün,

Sizi daimi gülən görəydim.Ürəyiniz daimi zövq ilə dolsun,

Qəlbinizdə nə qüssə, nə də qəm olsun,

Qoy bu məsləhətim hədiyəm olsun,

Daimi sizi şən, xoşbəxt görəydim
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!