Kənan MM- "Son zəhər"

Kənan MM-
Şeirlər - Hekayələr
10.09.2017 23
Artıq içdim son zəhəri 
Tərk edirəm bu şəhəri 



Mən qəlbimdən qırılmışam
Məhv olmaqdan yorulmuşam
Bir şeytana vurulmuşam
Bu dərdlərin ən betəri
Artiq içdim son zəhəri 
Tərk edirəm bu şəhəri.
 
Bu eşq getməz belə qowa
Ömür gedər puça, boşa
Mən gedirəm rahat yaşa
Aparıram dərd kədəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri



Bax sevginin cəfasına 
Inandım eşq səfasına
Düşdüm ilan yuvasına
Çox gizletdim bu xəbəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri



 Ayrılıgın dadı vardı
Tükənməyən odu vardı
Bu gedişin adı vardı
Gedenlərin son səfəri 
Artıq içdim bu zəhəri
Artıq içdim son zəhəri 
Tərk edirəm bu şəhəri



Həyat etibarın belə
Həyan belə, arın belə
Sevgi sənin varın belə
Zəhərin olmur gədəri
 Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəriскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!