Səni də şüşətək qırar birisi

Səni də şüşətək qırar birisi
Şeirlər - Hekayələr
10.09.2017 21
Qəlbimin içinin içindən vurdun,

Səni də qəlbindən vurar birisi,

Sən mənim sevdama tələlər qurdun?

Sənə dar ağacı qurar birisi.



Bu eşqə həvəsi mənə çox gördün,

O gündən sən mənim gözümdə öldün,

Aldığım nəfəsi mənə çox gördün,

Səni yaşamaqdan yorar birisi.



Bu qədər öyünmə, özünü öymə,

Sənin də rəsmini cırar birisi,

Sən hələ tələsmə, sinənə döymə,

Səni də şüşətək qırar birisi.



Səni ürəyindən yaxar günahlar,

Süzülüb gözündən axar günahlar,

Durub gözlərinə baxar günahlar,

Qarşında güzgüylə durar birisi.



Həsrətdən bu qədər ağlamaq olmaz,

Axı mən deyiləm həsrət dəlisi,

Bu nakam eşqə yas saxlamaq olmaz,

Sənin öz yasını tutar birisi.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!