Daha dözə bilməyirəm

Daha dözə bilməyirəm
Şeirlər - Hekayələr
10.09.2017 9
Dözümüm taram çəkilib,

Daha dözə bilməyirəm.

Sinəm qəm-kədər əkilib,

Daha dözə bilməyirəm.



Qala bürclərim sökülüb,

Polad qollarım bükülüb,

Bəhərəm kalım tökülüb,

Daga dözə bilməyirəm.



Nə qədər dözümlü olum?

Belə də saralım-solum?

Elə bu dərdləmi ölüm?

Daha dözə bilməyirəm



Min həşərat sorur məni

Nahaqq işlər yorur məni,

Aləm aciz görür məni,

Daha dözə bilməyirəm.



Niyə oddan kül törəsin,

Nər dəvədən şil törəsin.

Tülküdənsə fil törəsin,

Daha dözə bilməyirəm.



Müəllif: Xanverdi Eloğlu

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!