Nə fərqi

Nə fərqi
Şeirlər - Hekayələr
10.09.2017 9
Mən sənə vuruldum bir nəğmə kimi,

Üzünə taybatay açdım qəlbimi,

Bəs niyə qırıldı bu eşqin simi -

Nə fərqi, ya zildən, ya bəmdən oldu?!.



Min fitnə düzəldib tələ qurdular,

Axır aramızı yaman vurdular,

Günahkar gəzməyin nə mənası var -

Nə fərqi, yaxından, ya gendən oldu?!.



Bu həyat bircə yol sınadı bizi,

Ayıra bilmədik cığırı, izi,

Axır ki, itirdik bir-birimizi -

Nə fərqi, dumandan, ya çəndən oldu?!.



O eşqin əzəli, bu da ki sonu,

Duymadıq xoşbəxtlik nə olduğunu,

Bəs niyə kor olduq, görmədik onu -

Nə fərqi, sevincdən, ya qəmdən oldu?!



Hər eşqin sonunu duyan ayrılıq,

Gəlmə, dayan hələ, dayan, ayrılıq!

Bizi yazıq günə qoyan ayrılıq -

Nə fərqi, ya məndən, ya səndən oldu?!.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!