Ürəyimdəsən

Ürəyimdəsən
Şeirlər - Hekayələr
10.09.2017 22
Hara gedirəmsə, yol yoldaşımsan,

Qəlbimdən asılan ürək daşımsan,

Bu cavan ömrümdə ahıl yaşımsan,

Yeganə insansan ürəyimdə, sən!



Bütün varlığıma hakim kəsilən,

Mənimlə ağlayıb, mənimlə gülən,

Dərdimi içimdən mənimlə bölən,

Sinəmdə çırpınan ürəyim də, sən!



Bəzən də sanıram sən elə mənsən,

Nə qədər uzaqda olsam da səndən,

Min-bir hissələrə bölünsəm də mən,

Yenə də, sən mənim ürəyimdəsən…



Sənsiz bir an belə nəfəs almaram,

Düşmənim olsan da qisas almaram,

Şeirdən, qəzəldən həvəs almaram,

Heç yaxşı yazmırsan, ürəyim -desən.



Müəllif: Elkin Kərimliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!