Dayan, ey ürəyim, döyünmə daha...!

Dayan, ey ürəyim, döyünmə daha...!
Şeirlər - Hekayələr
10.09.2017 11
Bilirəm, bu sevgi yük oldu sənə,

Var-dövlət sevgidən tutuldu baha.

Niyə döyünürsən, yaxşısı budur,

Dayan ey ürəyim, döyünmə daha.



Günah səndə deyil, qalmısan yalqız,

Səni tərk eyləyib, atıbdır o qız,

Yalandan sevirəm deyib vəfasız,

Dayan ey ürəyim, döyünmə daha.



Mən sənə xəyanət etmərəm heç vaxt,

Heç buna cəsarət etmərəm heç vaxt,

İnan ki, şikayət etmərəm heç vaxt,

Dayan ey ürəyim, döyünmə daha.



Nə edim, sevincdən dönmədin dağa,

Döndün çirkli əldə bir oyuncağa,

Əşya tək atıldın sonda bucağa,

Dayan ey ürəyim, döyünmə daha.



Mən onu sevirdim, olsa da zülüm,

Hicrana çevrildi hər ayım, ilim,

İnsaf et, nə olar, gəl dayan, ölüm,

Dayan, ey ürəyim, döyünmə daha.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!