Dəniz...!

Dəniz...!
Şeirlər - Hekayələr
10.09.2017 7
Danış dərdlərini, dərdləşək bugün,

Taleyi üzünə ağ olan dəniz.

Biraz əsəbləşək, sərtləşək bugün,

Eşqi sinəsinə dağ olan dəniz...

Al məni qoynuna, ağuşuna çək,

Yenə o sevgini ürəyimə ək,

Mənim parça-parça ümidlərim tək,

Saçları sahilə dağılan dəniz..

Nədir təlatümə gətirən səni?

Nədir qram-qram bitirən səni?

Nədir bu məqama yetirən səni?

Gözünün yaşında boğulan dəniz...

Nədir ürəyini ikiyə bölən?

Görəsən varmıdır dərdini bilən?

Gözünün yaşında boğulub ölən,

Xəlilin gözündə doğulan dəniz...



Müəllif: Xəlil Adıgözəlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!