İlk eşqimi axı necə unudum...

İlk eşqimi axı necə unudum...
Şeirlər - Hekayələr
10.09.2017 14
İndi mənəm həsrətindən üzülən,

Susuz qalmiş çiçək kimi büzülən,

Kipriyimdən damla-damla süzülən.

Göz yaşimla islanmişdim,qurudum,

İlk eşqimi axı necə unudum...



Dərdlərimi danişiram küləyə,

Qoy çatdirsin o, sevdiyim mələyə,

Sinə gəlib bu amansız fələyə,

Hər xətadan səni özüm qorudum.

İlk eşqimi axı necə unudum...



Bəs deyirdin sevgi bizim,eşq bizim,

Sən olmasan taqətdən düşər dizim,

Heç olmasa bir mesaj yaz əzizim.

Təsəlli ver,ürəyimi ovudum,

İlk eşqimi axı necə unudum...



İndi yoxdur tez küsüb,tez barişan,

Qisqancliqdan hər gün yanib alişan,

Hər sətirdə sevgimizdən danişan,

Bu şeirimi qəmli-qəmli oxudum.

İlk eşqimi axı necə unudum...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!