Ürəyimin səsi sevgi nəğməsi

Ürəyimin səsi sevgi nəğməsi
Şeirlər - Hekayələr
10.09.2017 24
Ürək sevgi bağçasından bir gül dərdimi...

Mən kimə söyləyim içimdəki dərdimi



Bəlkə öldürüm qəlb evimdə sevgimi

Bəlkə yaşadım bu ürəkdə sevgini



Səni çox sevirəm qəlbdə qorxu var

Qorxuram o taleh bizi ayırar



Bu həyat çətindir əzabdır bizə

Qoymayacaq qovuşaq bir-birimizə.



Bilirəm sevgimiz baş tutmayandır.

O ayrılıq ölümdən də  yamandır.



Düşünürəm sonu olmayayan bir yoldayam.

Ürək deyir çıxışsız bir quyudayam.



İlahi bu sevgi mənə əzabdır.

Deyirlər bu sevgi bizə yasaxdır..



Deyirlər ki əzablı bir yoldasan.

O ayrı dünyada sense başqasan.



Bu dünya əzəldən belə gəlibdir.

Əzab çəkən qovuşmayan aşiqlərdir.



Bilirəm ki mən sənin qəlbindəyəm.

Sevgi deyil dost kimi ürəyindəyəm.



Qarşılıq görmədən sevmək belədir.

İçimdə  həsrəti sözlər gizlədir.



Qarşılıqsiz sevgi əsl sevgi deyilmi?

Daşlar da dillənər bilsə əgər dərdimi.



Mən səni sevirəm canımdan da çooox.

İnan bir başqası həyatımda yox



Hər şeyin ilkini yaşadım sənlə

Mən sənə bağlandım ilk öpüşünlə.



Bütün dünya qarşı çıxsa sevgimə

Gözüm baxmaz bir özgənin gözünə.



Qoymaram bir başqasın qəlbimə

Yaşadaram sevgimizi ya gederem ölümə



İlahi kömək et bizi qovuşdur.

Ayrılıq kədəri bizdən sovuşdur.



Tanrım izin vermə bizi ayırsınlar

Aramıza həsrət göz yaşı salsınlar



SEVGİLİM qorusun eşqimizi YARADAN.

Qovuşdursun aramıza heç ayrılıq salmadan.



Ömrümüzə saf ülvi məhəbbət yazsın.

Bizi öz nəzərindən kənar qoymasın.



İLAHİ qara buludları bizdən uzaq et .

BİZİ qovuşdur aləmdə xoşbəxt insan et.



Müəllif: Qəlbimin sahibi sən - öz qələmimdənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!