Analar heç bir zaman müzakirə obyektinə çevrilə bilməz

Analar heç bir zaman müzakirə obyektinə çevrilə bilməz
Şeirlər - Hekayələr
10.09.2017 18
Nə olar kədərli baxma üzümə

Gözlərim qan ağlar sən üzüləndə

Dünyanı versələr sərsəm önünə.

Anam gülərsənmi ürəkdən yənə.



Canından gecələr pay verdin mənə

İzin ver ömrümdən pay verim sənə

Anam indi bildim nələr çəkmisən

Balamla çəkirəm bax indi məndə.



İnanki nələri verərəm bada

Canın sağlam olsun təki həyatda,

Mən nə qədər varam var ol həyatda

İsti nəfəsini hər gün hər gecə

Allah çox görməsin anam bizlərə.



Ana lay-lasından şirin nə var ki,

Min namə yazaram o günlər gələ

Yənədə uzansam dizlərin üstə

Körpən tək lay-lalar deyərsən mənə.



ALLAH BÜTÜN ANALARIN CANINI SAĞLAM ELƏSİN, "ALLAH ÖVLADLARINA ANALARINI ÇOX GÖRMƏSİN".




Müəllif: Aysel Əhmədova
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!