Bir otaq istəyirəm

Bir otaq istəyirəm
Şeirlər - Hekayələr
10.09.2017 15
Bir otaq istəyirəm

Özümdən küsəndə orda gizlənib, hönkürtüylə ağlaya bilmək üçün.



Bir otaq istəyirəm,

Səs-küydən qaçıb, divarlarında sığınacaq tapmaq üçün.



Günəşin yalançı şüalarının, küləyin xain nəfəsinin,

Yağışın kirli damcılarının sızıla bilməyəcəyi bir otaq olsun.



Divarları möhkəm olsun-

Heç bir həşərat daxil ola bilməsin deyə.



Qapısı möhkəm olsun-

Həşəratlardan daha qorxunc olan insanlar aça bilməsin deyə.

O mənə sadiq olsun, mən də ona.



Bir otaq istəyirəm,

Məni bu vəhşi dünyadan ayırsın, qoruya bilsin.

Mən də heç vaxt onu tərk etməyim.



Bir otaq istəyirəm,

Qoynunda rahatlığa qovuşum, köks dolusu nəfəs alıb uzaq xəyallara dalım.



Bir otaq istəyirəm,

İçində uzanıb elə hey düşünüb fikirləşə bilim.

Heç kim mənə qarışmasın, heç kim narahat etməsin.

Heç kim özünü sevdirib daha sonra tərk etməsin...



Bir otaq istəyirəm,

Nə lüks olsun, nə bahalı.

Hündürlüyü boyum qədər, eni mənim enim qədər.



Bir otaq istəyirəm

Üstünə lay-lay torpaq tökülsün

Sonra otlar bassın üzərini

Və itsin digər otaqlar arasında.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!