Adını bilmədim

Adını bilmədim
Şeirlər - Hekayələr
10.09.2017 43
İstədim adını qəlbimdən silim

Ruhum fəryad çəkdi, titrədi əlim

Mən səni unuda bilmədim gülüm

Sən məni qəlbindən sil, silə bilsən



Tənhalıq sirdaşım oldu beləcə

Göz yaşım xatırlar səni hər gecə

Axar həzin-həzin, axar səssizcə

Sən mənə oxşama, gül, gülə bilsən



Öldü bu limanda bir dəniz eşqi

Unut bu sevgini, bu təmiz eşqi

Tez unut əzizim! Bu əziz eşqi

Daha başqasıyla böl, bölə bilsən



O gün ki, "əlvida" söylədim, öldüm

Səndən ayrıldığım həmin gün öldüm

Mən səni sevmişdim səninçün "öldüm"

Sən də sevdiyinçün öl, ölə bilsənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!