Güllərin də ağladığı bir zaman vardır

Güllərin də ağladığı bir zaman vardır
Şeirlər - Hekayələr
10.09.2017 11
Güllərin də ağladığı bir zaman vardır.



Amma bir gül var ki onun gözlərində hər vaxt gözyaşı vardır.



Gecələr onun gözyaşlarını özünə saxlayar.



Amma gündüz işıqlığında nəmlənən gözləri onun hüznlərini pıçıldayar.



Dənizlər onun gözyaşları kimi yaş; günəşlər hüznləri qədər istidir.



Güllərin də iy vermədiyi bir zaman vardır.



Amma bir gül var ki onun sevgi saçan qoxusu hər vaxt vardır.



Qoxusu sevgidən, rəngi həsrətdən bir güldür.



O, ürəyi həsrətlə yanmış amma sönməmiş, kül olmamış, köz olmuşdur



Və Allah adini qırmızı gül qoymuşdur.



Güllərin də sevişdiyi bir zaman vardır.



Amma bir gül var ki susduğu an belə sevgini yaşayan bir ürəyi vardır.



Onun gülərkən belə yarpağında gözyaşı vardır.



Amma o gözyaşlarında belə sevgidən gələn bir istilik vardır.



Onun gözündə vazalara girmənin bir mənası yoxdur.



Amma onun hüznünü və sevincini paylaşdığı tarla çiçəkləriylə yoldaşlığı vardır.



Güllərin də yatdığı bir zaman vardır.



Amma bir gül var ki onun gecələri belə bağlanmayan gözləri vardır.



Sevgisi gecə gündüz yoldadır, duası, qoxusu anbaan sevdiyinə çatar.



Güllərin də solduğu bir zaman vardır.



Amma bir gül var ki qoxusu sevgilinin ürəyinə işləmişdir də



Buna görə ölümsüzlük sirrinə qədəm basmışdır.



Və onun məzar daşına bu yazılmışdır:



SEVMƏYƏN İNSANLAR ÖLƏR AMMA,

SEVƏN GÜLLƏR SOLMAZ,

ONLARIN QƏBİRİ DƏ OLMAZ.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!