Gözəl

Gözəl
Şeirlər - Hekayələr
10.09.2017 30
Gülər üzün heyran edibdi məni,

Nə olsa üzümə güləsən, gözəl.

Hansı məhəbbətlə sevirəm səni,

Onu baxışımdan biləsən, gözəl.


 

Ox-yaya bənzəyir kipriyin,qaşın

Məni heyran edir nazlı baxışın.

Gözlərəm altında qarın, yağışın.

Təki həmin yolla gələsən, gözəl.


 

Demə nədir dərdin,nədir ələmin,

Uca göylərdədir sevgi aləmin,

Tər-təmiz cibin var, küt qələmin,

Salma Xanverdini ələ sən , gözəl.

 

[/b]
 
[b]Müəllif:
Xanverdi Eloğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!