Bəs niyə unuda bilmirəm səni?

Bəs niyə unuda bilmirəm səni?
Şeirlər - Hekayələr
10.09.2017 20
Sən ki, qərarını verib getmisən

Bəs niyə unuda bilmirəm səni?

Məni ürəyindən silib getmisən,

Bəs niyə unuda bilmirəm səni?



Talanıb eşq adlı sərvətim,v arım,

Yalqızam, yanıma düşüb qollarım.

Artıq sənsizləşib ömür yollarım,

Bəs niyə unuda bilmirəm səni?



Üz-üzə qalmışam kədərlə,qəmlə,

Bacara bilmirəm mən öz qəlbimlə,

Deyəsən taleyim küsüb mənimlə,

Bəs niyə unuda bilmirəm səni?



Sənli xatirələr boynumu bükür,

Hicran kərpic-kərpic qəlbimi sökür.

Həsrətin gözümdən qanlı yaş tökür,

Bəs niyə unuda bilmirəm səni?



Təklik əzabından usanıb canım,

Qırılıb ümüdüm, itib gümanım

Ay canım düz sözü mən necə danım

Bəs niyə unuda bilmirəm səni?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!