Bilmirəm

Bilmirəm
Şeirlər - Hekayələr
10.09.2017 6
Sənin həsrətindir mənə hədiyyən,

Yaşaya bilmərəm belə qətiyyən.

Yumub gözlərimi mən əbədiyyən,

Yatmaq istəyirəm, yata bilmirəm...



Aradım dünyanı olmadı tənin,

Qədrini bilmədin qədir bilənin.

Hələ saxlayıram şəklini sənin,

Yandıra bilmirəm, ata bilmirəm....



Elə bil həmişə baxırsan mənə,

Kimə baxıramsa bənzəyir sənə.

Gözümü yumuram görürəm yenə,

Başımı heç cürə qata bilmirəm.



Qəmə intizara könül isindi,

Səbr edib danışdı, nədəki dindi.

Səni geri qaytaran ürəyi indi,

Dəyər dəyməzə sata bilmirəm...



Sevincim az oldu, qəm-kədərim bol,

Dilimdə bu sözdür- "təki xoşbəxt ol”,

Sevgidən nifrətə bir addım yol,

Üç ildir gedirəm çata bilmirəm....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!