Məzar daşınla nişanlanıram

Məzar daşınla nişanlanıram
Şeirlər - Hekayələr
10.09.2017 55
Bu gün ad günündür qanayıb yaram,
Məzarın üstün də seir yazıram,
Bu son seirimlə bizi ayıran,
Ölmüş xoşbəxtliyə qəbir qazıram...
 
Sən hər üşüyəndə qucaqlayardım,
 Yaralı qəlbimə ox tək batırsan,
Bəs indi torpağın altında canım..
Bu soyuq məzarda necə yatırsan?
 
Baş daşın üstündə iki tarix var,
 Bu günü görməzdim ölərdim ancaq,
Doğum tarixinə toxunmazdım yar..
Ölüm tarixini silərdim ancaq.
 
Sənə yalvarıram qalx ordan gedək,
Kaşki,bu ayrılıq yuxu olardı,
Nə vaxt nişanlanaq?harda toy edək?
Neçə istəyimiz arzumuz vardı....
 
Bizi qovuşmadan ayırdı ölüm,
Mən yenə əhdimə sadiq qalıram,
Bir nişan üzüyü almışam gülüm,
Bu gün məzarınla nişanlanıram.....
 
Əziz xanımlar mən bu şeiri oxuyarkən çox təsirləndim. Və bu seiri sizlərlə paylaşmaq istədim. Ümidvaram bəyənərsiniz! :08:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!