Hərşəy səndə gizli

Hərşəy səndə gizli
Şeirlər - Hekayələr
10.09.2017 23
Yerin səni çəkdiyi qədər ağır 
Qanadların çırpındığı qədər yüngül .. 
Ürəyinin atdığı qədər canlıdır 
Gözlərinin uzağı gördüyü qədər gənc ... 
Sevdiklərin qədər yaxşısan, 
Nifrət etdiklərin qədər pis .. 
Nə rəng olursa olsun qaşın gözün 
Qarşındakının gördüğüdür rəngin .. 
Yaşadıqlarını qar sayma: 
Yaşadığın qədər yaxınsan sonuna; 

Nə qədər yaşasan yaşa, 
Sevdiyin qədərdir ömrün .. 
Güləbildiyin qədər xoşbəxtsən 
Kədərlənmə bil ki ağladığınız qədər güləcəksiniz 
Əsla bitdi sanma hər şeyi, 

Sevdiyin qədər seviləcəksin. 
Günəşin doğuşundan təbiətin sənə verdiyi dəyər 
Və qarşındakına dəyər verdiyin qədər insansan 
Bir gün yalan deyəcəksinizsə əgər 
Burax qarşındakı sənə güvəndiyi qədər inansın. 
Ay işığında sevgiliyə duyulan həsrət 
Və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan 
Unutma yağışın yağdığı qədər islaqsan 
Günəşin səni eşitdiyin qədər isti. 
Özünü tək hissetiği qədər təksən 
Və güclü hiss etdiyin qədər güclü. 
Özünü gözəl hiss etdiyin qədər gözəlsən .. 

Budur həyat! 
Budur yaşamaq bunu xatırladığın qədər yaşayarsan 
Bunu unutduğunda aldığın hər nəfəs qədər üşüyərsən 
Və qarşındakını unutduğun qədər tez unudularsan 
Çiçək sulandığı qədər gözəldir 
Quşlar oxuduğu qədər sevimli 
Körpə ağladığı qədər körpədir 
Və hər şeyi öyrəndiyin qədər bilərsən bunu da öyrən, 
Sevdiyin qədər sevilər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!