Giley

Giley
Şeirlər - Hekayələr
10.09.2017 34
Bu şəhərin küləyi, istədiyim kimi əsməz,
Dəyərindən artıq, dəyər verdiyim kəs.
Məhz qədrimi bilməz, heyhat...
Aldığım nəfəs.
Yaşadığıma dəlalət etməz.
Bu bədbin halımı görər hərkəs,
Bir, o yar görmək, bilmək istəməz.
Bilirəm!,
Arzularım qəlbimdə möhürləndi.
Ümidlərim tərk edilmiş,
Bir qapı kimi, sərtcəsinə kilitləndi.
Bu şair artıq, kimsəsizləndi gülüm təkləndi.
Dərdlərim ağır bir yük olub,
Çiyinlərimə yükləndi.
Sevgi ürəyimdə həsrətlə gizləndi,
Ey Sevgili !,
Hər şeyi bir-bir silirəm...
Sənli, sənsizliyimi, bədbinliyimə dəfn edirəm,
Və bu şəhəri tərk edirəm.
Amma unutmağa deyil, unudulmağa gedirəm.
Gedirəm...
Əvvəl ki təkliyimə, əvvəl ki qəmginliyimə,
Sən gəlmə hardayam, nə haldayam bilmə.
Şeir: Xəyal Ölməzскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!