O mən idim...

O mən idim...
Şeirlər - Hekayələr
10.09.2017 20
Doydum artıq dərd-acından,
Ümid kəsdim əlacından,
Dərdi həsrət ağacından,
...O mən idim...
Asıb keçdim yanından...

Fələk kəsdi kələyimi,
Bütün arzu diləyimi,
Eşqlə dolu ürəyimi,
...O mən idim...
Əzib keçdim yanından...

Eşq suyu içməməliydim,
Bu yolu seçməməliydim,
Bilirəm keçməməliydim,
...O mən idim...
Azıb keçdim yanından...

Yandım eşqin dərd odunda,
Eşq yaşadım "Qan"adında,
Hər küləyin qanadında,
...O mən idim...
Əsib keçdim yanından...

Kimlər çəksin ahımızı,
Itirdik gənc çağımızı,
Bizim sevgi bağımızı,
...O mən idim...
Kəsib keçdim yanından...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!