Adımı qəlbinin üstünə yazdır…

Adımı qəlbinin üstünə yazdır…
Şeirlər - Hekayələr
10.09.2017 19
Adımı qəlbinin üstünə yazdır…
Acıqla zəng etdin mənə bu səhər,
Yuxuda görmüşəm istəyin azdır.
Əksini söyləmə sevirsən əgər,
Adımı qəlbinin üstünə yazdır.
Yazdır ki,qanına qarışıb bütün,
Adım damcılayıb qəlbinə dolsun.
Yazdır ki,bu altı hərif mənimçün,
Qədərsiz sevginin möhürü olsun.
Əzizim acığın,gileyin hədər,
Onsuzda bilirsən istəyim çoxdur.
Mənim nifrətimdi dünyalar qədər,
Sevgimin ölçüsü qədəri yoxdur.
Qəlbimin üstündə yoxdursa adın,
Məncə bu elədə qəbahət deyil.
Kişinin qəlbincə deyilsə qadın,
Adını yazdırmaq kifatət deyil.
Doğmasan,əzizsən nəfəsim qədər,
Bürüməsin əbəs qorxular səni.
Hər adi yuxuya inansan əgər,
Yuxusuz saxlayar yuxular səni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!