Daha...

Daha...
Şeirlər - Hekayələr
10.09.2017 22
Dahada çoxalır,böyüyür dərdim. 
Özləmək azalmır,nə də bitməyir. 
Məndən ixtiyarsız darıxır qəlbim. 
Daha şəkillərdə kömək etməyir...

Mən bilən ən gözəl səs idi o səs. 
Amma unutmuşam o gözəl səsi.. 
Daha xəyallarda görürəm, Heyf,
Bir zaman yanımda gördüyüm kəsi...

Gecələr yuxuna belə gəlmirəm. 
Yuxuna girməyə cəsarətim yox. 
Daha Güzgüyə də baxa bilmirəm. 
Özümü görməyə cəsarətim yox...

Qoy daşsın dənizlər,fırtına qopsun. 
Artıq yaşamağı tutmuram baha.
Sadəcə ürəyim rahatlıq tapsın. 
Sevmək həvəsində deyiləm daha...

Onsuz bu həyatda yanıb bitmişəm. 
Düşəcəm nə üzlə mən cəhənnəmə.? 
Gözümün yaşların qurban etmişəm.
Bir damla sevincə, bir damla qəmə...

O qədər səbəb var,hər biri zülüm.
Hər gəlib gedənə günahkar dedik.
Daha unutmuşam son dəfə gülüm,
Biz hansı səbəbdən ayrılmış"idik...
Müəllif:Xanlar Coratскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!