On il sonra

On il sonra
Şeirlər - Hekayələr
10.09.2017 14
Sən bu qızı tanımadın deyəsən,
Onu kədər dəyişibmi görəsən?
Sən gedəndə qapısını çırpmısan,
Çətin bir də ürəyinə girəsən.

Rəssam kimi kədərini gözünə,
Göz yaşını yanağına çəkmisən,
Cəlad kimi bir payızda öldürüb,
Ölüsünü "vağzalı”-ya bükmüsən

Can dediyin haradasa can verər,
Boş yatağı ayrılıqlar adası,
Can deyərsən qucaqlayıb yada sən,
Təzə bardaq sərin olur qadası

Sonra bir gün , bir küçədə görərsən,
Unutmağa çalışarkən bir təhər,
Bu qız axı belə gözəl deyildi,
Onu atıb , mən gedəndə o səhər.

Bəlkə mənim həsrətimdir nur olub?
Çilənibdir, çiçək-çiçək üstünə,
Bu gözlərə cox baxmışam o zaman,
Heç vaxt belə durmamışdı qəsdimə.

Sən susarsan, o da susb dayanar,
Dodağında kilid olar həsrəti,
Küçə yanar, döngə yanar, tin yanar,
Nəsə demək istəyərsən xəlvəti.

Elə bil ki, belin sınar orada,
Oturarsan bir divarın dibində,
Telefonuvun səsi gələr arada,
Düşünərsən: "Gözləyən var evimdə"

Bu qız kimdir , sevdiyin qız deyilsə?
O tindəcə ilk eşqini bitirdin.
Bu qız axı qadınıdır kiminsə,
Heyif, bu gün sevdiyini itirdin.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!