Sənin üçün...

Sənin üçün...
Şeirlər - Hekayələr
10.09.2017 23
Ölüm vaxtsız döysə ömür qapımı,
Canımdan keçərəm, tək sənin üçün.
Alsam əllərindən acı zəhəri,
Şərbəttək içərəm, tək sənin üçün.

Məni çəksələr də dar ağacına,
Dönəcəm dərdinin mən əlacına,
Çevrilib başının qızıl tacına,
Ağ günü quracam, tək sənin üçün.

Gün gələ görəm ki, yuxum çin olub,
Hicran dara düşüb, saralıb-solub,
Vüsal göylərində göyərçin olub,
Uçduqca uçaram, tək sənin üçün.

Tale üzümüzə kaş hər vaxt gülə,
Qəm qismət olmaya sevən könülə,
Susuz səhralara desələr belə,
Sevgilim, köçərəm, tək sənin üçün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!