Qaynana dırdırı, ərin yumruğu

Qaynana dırdırı, ərin yumruğu
Şeirlər - Hekayələr
10.09.2017 34
Qaynana dırdırı, ərin yumruğu

Səni yaşamağa usandırıbdır.

Başına, gözünə dəyən zərbələr,

Səni cəmiyyətdə utandırıbdır…



Hər dava-dalaşda əzildiyində

Körpən də yanında görünür sənin.

Ağlaya-ağlaya o yan, bu yana,

Balan da arxanca sürünür sənin...



Alıb qucağına əzizləyirsən,

Elə bil heç bir şey olmamış kimi.

Bir gözün yumulu, bir gözün açıq,

Elə bil yuxunu almamış kimi…



Nə ölə bilirsən, nə də yaşaya,

Yeganə təsəllin körpə balandı.

Bu vəhşi ocaqda gəlin olandan,

Gülə də bilmirsən gör bir haçandı…



Bezib yaşamaqdan, bezib canından,

Özünü alçalmış qadın sanırsan.

Qardaşın zəng edib, əhval tutanda,

Yaxşıyam söyləyib, inandırırsan...



Necə də məğrursan, necə qürurlu,

Sənin ləyaqətin kişində ola.

Qadının döyməkdi kişinin işi ?!

Kişi o kəsdir ki, işində ola…



Müəllif: Elkin Kərimliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!