Deyiləm

Deyiləm
Şeirlər - Hekayələr
10.09.2017 13
Bilirəm mən sənin göz yaşlarınam

Donub gözlərində qalan deyiləm

Bir mələk donunda girib qoynuna

Sonra şamhar kimi çalan deyiləm.

 

Birinə varamsa birinə yoxam

Yoğrulmuş xamıram yayılmış yuxam

Mən hər vədəsilə bir tale yıxan

"Həqiqət geyimli" yalan deyiləm.

 

Qonsan kipriyimə bir jalə kimi

Köçsəndə qəlbimə bir nalə kimi

Mən səni bir dolu piyalə kimi

Götürüb əlimdən salan deyiləm.

 

Hər eşqin yolu var hər ömrün yarı

Yeri bu ümidlər yolunda yarı

Daha nə gizlədim çalınmış tarı

Kökləyən deyiləm çalan deyiləm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!