Nə gərəkdir (şeir)

Nə gərəkdir (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 41
Min yol demişən sənsiz olan an nə gərəkdir?

Məcnun deyiləm, eşqə bu ad-san nə gərəkdir?



Eşq dərdinin aləmdə əgər yoxdur əlacı,

Mən ölməliyəmsə, mənə dərman nə gərəkdir?



Qəsdin deyəsən qəlbimi qarət eləməkdir,

Qəlb olmasa, ey gül sənə bu can nə gərəkdir?



Vermiş bizə dövran belə azadə məhəbbət,

Bundan da gözəl başqa bir imkan nə gərəkdir?



Onsuz da ki, zövqümcə olur hökmü zamanın,

Sən vermədəsən bir belə fərman nə gərəkdir?



Neyçin də gərək canımı canana verim mən,


Məhv olsa bu canım, mənə canan nə gərəkdir?
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!