Nəyim var (şeir)

Nəyim var (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 12
Aləm hamı heyrətdədi səntək mələyim var,

Bilmir dəxi bir kimsə ki, səndən gileyim var.



Göyçəkliyinə uyma, gülüm, gəldi-gedərdi,

Ancaq ki, qərarında qalan saf ürəyim var.



Sevsən sevərəm, sevməsən hərgah nədi çarəm,

Guya böyük işdir ki, özümçün diləyim var.



Eşq atəşi yandırsa məni min dəfə xoşdur,

Susmaz bu könül hər nə qədər canda heyim var.



Bir gün desələr, Rüfət Məcnuna dönübdür,


Aldanma, mənim çöllü-biyabanda nəyim var?
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!