Olub (şeir)

Olub (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 19
Qeysi Məcnun eləyən hamı bilir Leyli olub,

Leylinin Məcnuna ondan daha çox meyli olub.



Demə ki, sevməliyəm Leyli misalında səni,

Belə sevdaya düşənlər gözəlim, xeyli olub.



Məcnunun naləsi çöllərdə verib əks-səda,

Naləsiz vəslə yetən amma ki, bir qeyri olub.



Eşqi dildən-dilə, eldən-elə dünyanı gəzib,

Qumlu səhralara baxmaq yazığın sehri olub.



Cananın fikri budur: Rüfəti Məcnun eləsin,


Guya məcnunluğun Məcnuna çox xeyri olub...
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!