Sevgi - nifrət

Sevgi - nifrət
Şeirlər - Hekayələr
10.09.2017 18
Sevgi istiqamət, nifrət sondur...



Sevgi göl, nifrət səhradır...



Sevgi həyat, nifrət bataqlıqdır...



Sevgi nizam, nifrət üzən...



Sevgi çoxluq, nifrət yoxluqdur...



Sevgi yar, nifrət dardır...



Sevgi gülüm, nifrət zülümdür...



Sevgi istək, nifrət acıdır...



Sevgi sabah, nifrət problemdir...



Sevgi səs, nifrət yaşdır...



Sevgi yaxınlaşmaq, nifrət uzaqlaşmaqdır..




Nə ümidlər vardı, könül bağçamızda

Gül sanmışdım tikanı mənə qaldı!

Göz yaşlarım axdıqca içimə

Kül sanmışdım, acısı mənə qaldı!



Hər baxışım keçmişdən gün axtardı,

Gözlərimi al qanlara buladı,

Ürəyimə ağrımadan vuranı

Əl sanmışdım, yaxını mənə qaldı!



Dostum dedim dost bağında əyləndim,

Düşmənliyi mən dostumdan öyrəndim.

Salam versəm mən özümdən iyrəndim,

Qul sanmışdım, əzabı mənə qaldı!



Xəyal idi ümidlər, xəyal idi o bağça,

Ağlın məndə qalmış könlünsə başqasında

Basdığım yerləri bilsəydim kaş ki,

Yol sanmışdım, çökməyi mənə qaldı!
 

 Sizcə, sevgi və nifrət bir yerdə ola bilərmi? 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!