Düşdü arvadın gözündən (satirik şeir)

Düşdü arvadın gözündən (satirik şeir)
Şeirlər - Hekayələr
10.09.2017 92
Bir vaxtlar arvad məni

Alovsuz qaynadırdı.

Zurnasız, balabansız

"Çarliston” oynadırdı.



Düşən gündən canına

Xarici mal azarı,

Ələk-vələk etdirdi

Mənə dükan-bazarı.



Dəyişdirdi illərlə

Evimizdə hər nə var,

Əvəzində aldırdı

Yalnız xarici mallar.



İynə-sap alsam belə

Yerli istehsalından,

Dönürdüm fırfıraya

Arvad qilü-qalından.

Gördüm bu minval ilə

Qalacağam avara.

Baş yorub, fikirləşib

Tapdım özümə çarə.



Şirin söhbət edirdik

Bir gün axşam üz-üzə.

Dedim: -Arvad, bircə şey

Çatışmır evimizə.



Həvəslənib çığırdı:

-nə çatışmırsa al!

Yerli-merli olmasın,

İmportni, xarici mal ...



Dedim ki:

-Arxayın ol!

Daha öyrəncəliyəm.

Yerli mal nəyə lazım,

Neyləyirəm, dəliyəm?

Elə bilirsən yenə

Bu kişi naşı qalıb?

Görmürsən dəyişməmiş

Evimin daşı qalıb?



Qapımızın zəngi də,

Divarların rəngi də,

Qab-qacaq da, tava da,

Ləyən də, aftafa da,

Xakəndaz, əlüzyuyan;

Hansı birini sayım?



Hamısının üstündə:

"MADE İN” filan-filan ...

Gərəkdir hər nə alsam

Bunlara uyğun gələ.



Arvad dedi:

-Afərin!

Bax, bu başqa məsələ!



Dedim: bir az səbr elə.

Sənin yerli mallardan

Zəndeyi-zəhlən gedir.

Düz demirəm, əzizim?



Əlbəttə ki, belədir.



Azarkeş edib məni

Öz kökünə salmısan,

Yerli istehsalından

Evdə tək sən qalmısan.

Gəl, səni də dədənin

Yurduna yola salım.

Bu evə uyğun olan

Xarici arvad alım.




Sözümü eşidəntək

Arvad getdi özündən.

O gündən xarici mal

Düşdü onun gözündən.



Əl çəkdi hikkəsindən

Can deyir, eşidir "can”,

Göz dəyməsin, hələlik

Dolanırıq mehriban.
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!