Utanmır... (şeir)

Utanmır... (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 14
Doğrunun yerini tutan yalanı

Eşidən utanır, deyən utanmır.

Geyim də pay gəlir rüşvət alana,

Gətirən utanır, geyən utanmır.



Özünə göz yumur deyir özgədən,

Arvadı, uşağı geyir özgədən,

Evində çörəyi yeyir özgədən,

Yedirən utanır, yeyən utanmır.



Cılızlar özünü oxşadar şirə,

Tənqid əvəzinə başlar təhqirə,

Bir də görürsən ki, çox nahaq yerə

Söyülən utanır, söyən utanmır.



Olsa idarədə müdir qərəzkar,

Doğruluq üstündə müsibətin var.

Həqiqət aranıb olanda aşkar

Döyülən utanır, döyən utanmır.



Söz versən meydanda əgər yaltağa,

O nə sola baxar, nə də ki, sağa,

Neyçünsə, kimisə, bənzədər dağa,

Öyülən utanır, öyən utanmır.
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!