Bu ərimə qurban... (şeir)

Bu ərimə qurban... (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 26
Ərdən boşandım,

Demə ki, yandım.

O eşqim, andım-

Bu ərimə qurban.



Bütün kənəklər,

Barsız tənəklər,

Südsüz inəklər,

Bu ərimə qurban.



Sərçələr, qazlar,

Sözanlamazlar,

Boş vədəbazlar

Bu ərimə qurban.



Ye ömrün boyu,

Şirin yat, uyu,

Silossuz quyu

Bu ərimə qurban.



Yazın ilk çağı,

Tarla alağı,

Kağız qalağı

Bu ərimə qurban.



Ondandır söhbət,

Hər yerdə qeybət,

Şiddətli töhmət

Bu ərimə qurban.



Hər dərdi-sər də,

Xeyir də, şər də,

Əvvəlki ər də,


Bu ərimə qurban.
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!