Bəxtəvərəm mən (şeir)

Bəxtəvərəm mən (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 48
Əhsən o günə, mən bu qoçaq arvadı aldım,

Çəkdikcə onun nazını, öz qayğıma qaldım.

Pis gözdən uzaq, boynuma haqqıx belə saldım,

Eşqim coşub, arvadım olub Əsli, Kərəm mən;

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən.



Yoldaşdı, ya qardaş bu sən öl, əsla bilinmir,

Dindirməsən hərgah onu, aylar ötə, dinmir.

Bir "Volqa” alıb mən sürürəm, heç özü minmir,

Ə, ağrın alım, gör nə sayaq dərbədərəm mən.

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən.



Evləndi biri seçməmiş öz səhvini qandı,

Bir ay da belə keçməmiş hər əhdini dandı.

Biçarə kişi axırı zillətlə boşandı,

Möhkəmdi yerim, arxayınam, çünki şərəm mən,

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən.



Pambıq yığır, heç əsla maşından dala qalmır,

Yorğunluğu, dincəlməyi Vallah yada salmır.

Mən işləyirəm, işləmirəm eyninə almır,

Baxdıqca ona, zənn edirəm şiri-nərəm mən,

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən.



Verdim ona tərif, deyiləm mən qanacaqsız,

Ərz eylədim arvada : "maşınsan yanacaqsız”

Yox şübhə, bu sözçün məni alim sanacaqsız ...

Layiqli olan bir kəsə layiqli ərəm mən.

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən.
 
Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!