Sən hardan bilirsən tənhalıq nədir?

Sən hardan bilirsən tənhalıq nədir?
Şeirlər - Hekayələr
10.09.2017 16
Sən…heç üşüdünmü İsti yay günündə?

Alovu saçlarını qarsan soba dibində

Barmaqların soyuqdan titrədimi?

Sahibsiz köpəklərlə bölüşdünmü əllərinin hərarətini?

Rühün süzüldümü nəhəng ticarət mərkəzlərinin

basırıq dəhlizlərindən?

Reklam lövhələrində

Alın yazını oxudunmu heç, qızcığaz?…

Sən hardan bilirsən tənhalıq nədir?…



Sən…Heç sevgiylə qətl edildinmi?

Ruhunu asdılarımı özgə istəklərinin dar ağacından…

Gözlərini açdınmı

alnından süzülən soyuq tər damlalarının titrəyişinə?

Yas tutdunmu heç sevdiklərinin gəlişinə?

Sevə-sevə zorladılarmı içindəki məsum sevdaları?...

Doğmalar arasında özgə oldunmu?

Kölgə oldunmu ruhunu zorla daşıyan soyuq bədəninə?

Milyonların arasında tək qalmayasan deyə

Ruhunu zərrələrə böldünmü heç?

Öz içində gündə yüz yol doğuldunmu,

öldünmü heç, qızcığaz?

Sən hardan bilirsən tənhalıq nədir?…



İçindəki kimsəsizliyin

ən son nöqtəsinə çəkilməkdi, tənhalıq…

Ayrılığa,

Yalnızlığa,

Ölümə,

tərk edilmək deyil,

Sevgiyə tərk edilməkdi…

Tənhalıq…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!