Görəsən?

Görəsən?
Şeirlər - Hekayələr
10.09.2017 7
Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm gülər görəsən?
Tək onu istəyir  ürəyim mənim,
Desəm gəl yanıma, gələr görəsən?
 
Onsuz keçən günlər yetişmiş sona,
Nə qədər gözümə kədər, qəm qona,
Mənki bu qədər bağlıyam ona,
Axı mənim olsa ölər görəsən?
 
Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir, halım düzəlir,
Uzaqda olsa da, dərdimi bilir,
Bəs onsuz ağlasam, bilər görəsən?
 
Hərdən çıxartsamda onu özündən,
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm, desəm üzündən,
Məni həyatından silər görəsən?
 
Müəllifi: Nüsrət Kəsəmənli скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!