Yenə atıb gedərdinmi?

Yenə atıb gedərdinmi?
Şeirlər - Hekayələr
10.09.2017 13
Dayan, sənə sualım var.
Mənsizliyin necə keçir?
Nəfəs ala bilirsənmi?
Axı mən idim nəfəsin.
 
Deyirsənmi-gülürsənmi?
Qalıbmı mənsiz həvəsin?
Məni soruşsan, pis deyiləm.
Təkcə gülüşüm əskikdir.
 
Sevginə həris deyiləm.
Qürurlusan, burnun dikdir.
Dayan, bir sualım da var.
Bir az şablon olsa da,
 
Ölən o pak sevgimizin
Əziz ruhu xatirinə,
Doğru cavab verərdinmi?
"Dünyaya bir daha gəlsən,



Yenə atıb gedərdinmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!