Aldanımış məktublar

Aldanımış məktublar
Şeirlər - Hekayələr
10.09.2017 26
Hər sətir üstündə titrəyib əlim
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm
Məktublar ömürlük aldanıbdılar
 
Məni yad eləmə, özgə ol, yad ol
Oyuncaq olmasın məktublar barı
Öründə bircə yol, alicənab ol
Yandır xatirəmi - o məktubları
 
Orda ürəyimin harayı , ahı
Qəlbimin utancaq sevdası yatır
Orda vuqarımın sınmaz günahı
Kövrək bir nəğmənin sədası yatır
 
Dağılar şöhrətin dumanı dağı
Udar bir ac balıq inci tək səni
Yazdığım sətirlər ac toxum kimi
Bir göz yaşını içəcək sənin
 
Mektublar içində nəyim-nələrim
Alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları...xatirələrimYansın,
külə dönsün qoy Kərəm kimi
 
Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır
Əlim əsə - əsə yazdığım sözlər
O zaman düz idi indi yalandır



Həyatın özündə sınadım səni
Demə bahar idim, indisə qışam
Yaxşı ki, sonradan tanıdım səni
Yaxşı ki, ömürlük aldanmamişam...
 
Müəllifi: Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!