Qürurum

Qürurum
Şeirlər - Hekayələr
10.09.2017 17
Zəng edim-etməyim tərəddütdəyəm
Ürəyim istəyir gürur qoymayır
Başımı qələmlə qatıram hər gün
Yazıram-pozuram vərəq doymayır.
 
Bəzəndə rəsmini çəkirəm onun
Qələmlə nazını çəkə bilmirəm
O gözəl qaməti şux qalsın deyə
Kağız parçasını bükə bilmirəm.
 
Sonra düşünürəm dəli sayağı
Sanıram o məni görür eşidir
Məni eşitməsin,görməsin deyə
Gözü,qulağını pozuram bir-bir.
 
Bəlkə həqiqətən dəli olmuşam?
Ağlımı başımdan alıb hislərim
Mən belə deyildim,ona deyin ki,
Məni nə günlərə salıb hislərim!
 
Müəllif:Elkin Kərimliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!