Ana ürəyi

Ana  ürəyi
Şeirlər - Hekayələr
10.09.2017 11
Niyə belə alovlandın, alışdın,
Nə yaman yuxasan, ana ürəyi.
Zorlu vulkan kimi içərdən çölə
Az qaldın çıxasan ana ürəyi.
 
Elə nalə cəkdin yer silkələndi,
Səmalar səhralar səsə bələndi.
Hüsnünə qüdrətin nuru çiləndi,
Sevinclə baxasan ana ürəyi.
 
Sənsən məhəbbətə təməl dünyada,
Istək , sədaqətin həddən ziyada.
Usanmırsan düşüb yansan da oda,
Yanasan yaxasan ana ürəyi.
 
Cəfakeş nökərsən, həm zilləti bol,
Cənnəti-əladə əziz mehman ol.
Çəkdiyin zəhməti görmədim bir yol
Sən başa qaxasan ana ürəyi.
 
Ömür köç edandi, tez bivəfadı,
Şəmşir yalvarsa da yüz, bivəfadı.
Ogul bivəfadı, qız bivəfadı
Sən əhli səxasan, ana ürəyi. 
 
Müəllif: Aşıq  Şəmşirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!