Yaman qocaltmısan anamı, dünya

Yaman qocaltmısan anamı, dünya
Şeirlər - Hekayələr
10.09.2017 18
Öz hökmunu verib vaxtsız-vədəsiz,
Yaman qocaltmisan anamı, dünya.
Tükənib qüvvəti, azalıb gücü,
Yaman qocaltmisan anamı, dünya.



Zamanmı əsdirir, titrəyir əli,
Saça qarmi yağıb, ağarır teli,
Əyilir qaməti, bükülür beli,
Yaman qocaltmisan anamı, dünya.



Çatılır qaşları, tor görür gözü,
Solur yanaqları, qırışır üzü.
Daha sinəsində tükənir sözü,
Yaman qocaltmisan anamı, dünya,



O günlər qayıdıb yenə olaydı,
Başımın üstündə laylay çalaydı.
Kaş anam həmişə cavan qalaydi,
Yaman qocaltmisan anamı, dünya,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!