İradəsizlik

İradəsizlik
Şeirlər - Hekayələr
10.09.2017 16
Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşından siləcəyəm saçlarının yumşaqlığını.



Gəlməyəcəyəm sizə tərəf
bəhanə edəcəyəm yolların uzaqlığını..



Qovacağam yaddaşımdan xırmandan sərçə qovan kimi sarı dimdik xatirələrini.
QərəZli arzulartək ürəyimdə boş qoyacağam yerini.



Zəng etməyəcəm sənə.
Əli qoynunda qalacaq lal telefonun,
Şüşə gözlərindən kədərli rəqəmlər boylanacaq sənə.



Kədərlə baxacaqsan sukutun hədəsinə.
Hər gecə yuxulu gözlərində bir günlük ümid öləcək,
yuxuna qorxulu şübhələr töküləcək,
Balincin qarisi üşüyəcək…



Zəng etməyəcəm sənə?
Boşaldı cibimin 2 qepiklik yükü.Avtomat telefonların azalacaq bir sakini,
İki yeri boş qalacaq arxa sırasında kino teatrların,
Adını tapmayacaqsan arasında yeni yazdığım sətirlərin.…



Bu günün də sənsiz axşamı gəldi…,
Evdəsənmi görəsən?
Telefonun yanındamı dayanmısan yenə sən?
Səsim isidərmi otağınızı?
Məndən yeni qeybətlər edibmi qonşu qızı?!
Boylanırsanmı yenə mənim gəldiyim yola?
Yordu "bəlkə”lər məni,- xaloğlu, bəlkə 2 qəpiyin ola?!…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!