Atama

Atama
Şeirlər - Hekayələr
10.09.2017 19
Mən gəlin köçəndə çıraq başında
Fırlada bilmədin məni ay Ata
Nəydi ki,həyatda günahım mənim?
Məni tək qoymusan yad evdə Ata.
 
İnsanlar üzümə elə baxır ki,
Özümdə çaşıram,özüm bilmədən
Kimsə yaxınlaşıb nəysə deyəndə 
Söz deyə bilmirəm kimsəsizliydən.
 
Sənsiz zindan olub inan həyatım
Həyatdan çəkdiyim bəs olmur hələ
Adın çəkiləndə durduğum yerdən
Sakit uzaqlaşıb qaçıram Atam.
 
Səni soruşurlar,dostlarda-yadda
Söz tapıb heç bir şey deyə bilmirəm
Boynumu bükərək susuram hərdən
Dərdimin dərmanın tapa bilmirəm.
 
Müəllif:Aysel Əhmədovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!