Sənə qurban, gəl Ağa (ə.f)

Sənə qurban, gəl Ağa (ə.f)
Şeirlər - Hekayələr
10.09.2017 17
Ey imam, gül üzlü canan, sənə qurban gəl Ağa,



Daha iman gedir əldən, sənə qurban gəl Ağa.
Səni gözlər necə gözlər səhər olsa gecə gözlər,
Aşiqinin qəlbi viran, sənə qurban gəl Ağa.
Fərəcin intizarında, dünyanın lap o yanında
Şiyənin hər günü nalan, sənə qurban gəl Ağa.
Zalimin zülmü çıxıbdır çatıb ərşə, günü nəşə,
Şeytanın ordusu hər yan, sənə qurban gəl Ağa.



Ağa, haqqı deyənə müsəlmana zülm olunur,
Hər səhər, hər gecə, hər an, sənə qurban gəl Ağa.
Allahın əmri hicab, yaş ki, tamam vacib olar,
Məktəbə deyir gəl üryan, sənə qurban gəl Ağa.
Rüşvət artır dizəcən dünyanı viran eləyir,
Olunmur oğruya divan sənə qurban gəl Ağa.
Sanki dünya əbədi sorğ-sual olmayacaq,
Bunların hamısı Süfyan sənə qurban gəl Ağa.



İraqda,Suriyada müsəlmana zülm olunur,
Kərbəla xatiri Quran sənə qurban gəl Ağa.
Bizi qoyma gözü giryan sənə qurban gəl Ağa,
Səni and verirəm anan Fatimənin son anına.
Bizi qoyma gözü giryan sənə qurban gəl Ağa,
Azançı dərk elə ki, yəqin İmam Məhdi gələr. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!