Uşaqlığım, gəncliyim, ahıllığım

Uşaqlığım, gəncliyim, ahıllığım
Şeirlər - Hekayələr
10.09.2017 46
Biz bəzilərini dəyişdirməyə çalışırıq, bəziləri bizi dəyişdirməyə çalışır, kimsə bir-birini olduğu kimi sevə bilmir...((
Bəxtiyar Vahabzadə



Uşaqlığım,
Gəncliyim,
ahıllığım – eynimi?!
Yox, hər biri başqadır, bir-birinə yad kimi
Gələn qovur gedəni.
… Inkar edir mən, məni…
Ömrün hər pilləsində başqalaşır təbimiz,
Dünyada məqsədimiz, dünyadan tələbəmiz.
Vaxt məni pərvanətək başına dolandırır,
Dünən qanmadığımı bu gün mənə qandırır.
Kim döşünə döyər ki,
Mən vahidəm, mən birəm!
Bircə bunu bilirəm: mən güclüyəm, qadirəm. 
Mən gücsüzəm, acizəm təkcə vaxtın əlində.
Ömrün o sahilinə əlim yetə bilməyir.
Ömrün bu sahilində.
Hanı gözümün nuru,
Hanı qəlbimin qoru!
Kimdir udan, uduzan zaman ilə arzunun
əbədi yarışında!
Saçımın ağlığında, alnımın qırışında
Zaman necə at çapır, yüyəni öz əlində.
Oğulsansa, tap görək, kimdir atın belində!
Mən öz azadlığıma tanrı dedim, haqq dedim
Bir hökmə, bir fərmana mən başımı əymədim
Amma baxtın dalinca
Ömrüm boyu qul kimi necə sürünmüşəm mən,
Qolumdakı saatın quluna dönmüşəm mən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!