Rəssam sevgilimin rəsmini gəl çək

Rəssam sevgilimin rəsmini gəl çək
Şeirlər - Hekayələr
10.09.2017 9
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir sən də gözəl çək
Nazına çatanda fırçadan əl çək
Qoy onun nazını mən özüm  çəkim...
 
Çək onun qaradan qara  telini
Çək rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən çəkim
 
Çək tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını sağı solunu
Çək onun keçdiyi  həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim
 [/b]
[b]Müəllif:
Mikayıl Müşviqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!