Sevgi otağı

Sevgi otağı
Şeirlər - Hekayələr
10.09.2017 26
Bir otaq tapmışam sığınmaq üçün,
Bağlı qapıların açıram hələ...
Açarı qıfıldan böyük otağın,
İndi də cəftəsi gəlməyir ələ..



Bu axı bəxtimin nişanəsidir,
İşıqa əl atdım qaranlıq oldu.
Deyəsən açıldı bu bağlı qapı,
Özümdə bilmədim biranlıq oldu.



Qəribə sükut var otaq içində,
Havadan bir ümid qoxusu gəlir.
Elə bil yatmayıb hicran oyaqdı,
Nədənsə vüsalın yuxusu gəlir...



Mən hara düşmüşəm axı bilmirəm,
Bu otaq qaranlıq qəbirdən betər...
Bir dəfə qapısın açıb-örtmüşəm,
Gedib bu mənadə bir ömür hədər!



Müəllif: Əlisa Ağammədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!