Bir məclisdə 12 kişinin söhbəti

Bir məclisdə 12 kişinin söhbəti
Şeirlər - Hekayələr
10.09.2017 11
Həqsizə həqli deyib bir çox günaha batmışam.



HƏKİM

Dərdi təşxis etməyib qövm-əqrəba ağlatmışam.



Tacir

Mən halal ilə haramı bir-birinə qatmışam.



Rüvzəxan

Ümmətin pulun alıb min-min yalan söz satmışam.



Dərviş

Nərdi bulsam söz açıb min-min yalan söz satmışam.



Sufi

Ruzi şəb həq-həq deyib mən hər kəsi oyatmışam.



Molla

Gündə bir fitva verib məxluqu çox aldatmışam.



Elm

Qəti-ümid etmişəm teksər bu qövmü atmışam.



Cahil

Ortada keyf eləyib mən  həm mərama çatmışam.



Şair

Bülbülə eşqə gülə dair yalan fırlatmışam.



Əvam

Anlamam hərgiz cəhalət bəsirətində yatmışam.



Qəzetçi

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

 

Müəllif: Mirzə Ələkbər Sabirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!